...

"Qələbə" dairəsində hərəkət iki günlük məhdudlaşdırılacaq

Cəmiyyət Materials 18 Noyabr 2021 10:55 (UTC +04:00)
"Qələbə" dairəsində hərəkət iki günlük məhdudlaşdırılacaq

Bakı. Çingiz Səfərli - Trend:

Bakı şəhəri, Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün temperatur şovlarının yenilənməsi ilə əlaqədar olaraq noyabr ayının 20-i və 21-də körpü üzərində "Qələbə" dairəsi istiqamətində hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə Azərbacyan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumatada qeyd olunub ki, alternativ olaraq sürücülər Əbdülvahab Salamzadə küçəsinin sağ kənar yolundan istifadə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti