...

Mingəçevir Dövlət Universiteti və “Azərbaycan İES” arasında əməkdaşlıq çərçivəsində təlim-təcrübə proqramına start verilib (FOTO)

Cəmiyyət Materials 23 Noyabr 2021 23:44 (UTC +04:00)
Mingəçevir Dövlət Universiteti və “Azərbaycan İES” arasında əməkdaşlıq çərçivəsində təlim-təcrübə proqramına start verilib (FOTO)

Bakı. Trend:

Mingəçevir Dövlət Universiteti (MDU) və “Azərbaycan İES” MMC arasında əməkdaşlıq çərçivəsində universitetin Mühəndislik fakültəsinin tələbələri üçün nəzərdə tutulan iki həftəlik təlim-təcrübə proqramına start verilib.

MDU-dan Trend-ə verilən məlumata görə, seçim mərhələsindən uğurla keçərək proqramda iştirak hüququ qazanmış 16 tələbə “Azərbaycan İES” də təlimlərə qatılıblar.

Proqrama uyğun olaraq, tələbələr noyabrın 22-dən dekabrın 6-dək “Azərbaycan İES” MMC-nin Tədris Mərkəzinin müasir texnologiyalar ilə təchiz olunmuş tədris auditoriyalarında təlimlərdə iştirak edəcək, istehsalatla yaxından tanış olacaq, səriştəli kadrların bilik və təcrübələrindən faydalanmaq imkanı əldə edəcəklər.

Bildirilib ki, sözügedən təlim-təcrübə proqramı bitdikdən sonra, MDU-nun təcrübəli akademik heyət üzvləri tərəfindən İES-in gənc əməkdaşları üçün müvafiq təlimlər keçiriləcəkdir.

Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, təhsilalanlara müasir bilik və bacarıqların ötürülməsi məqsədilə sənaye ilə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti