...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 1 Dekabr 2021 18:35 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 314 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 181, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 125, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 30 008 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 567 919, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 083 530, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 573 036, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 911 353 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti