...

Amnistiya aktının tətbiqi ilə 500 min manatdan çox cərimə ləğv edilib

Cəmiyyət Materials 6 Dekabr 2021 15:08 (UTC +04:00)
Amnistiya aktının tətbiqi ilə 500 min manatdan çox cərimə ləğv edilib

Bakı. Elçin Mehdiyev – Trend:

Amnistiya aktının tətbiqi nəticəsində 500 min manatdan çox cərimə ləğv edilib.

Trend xəbər verir ki, bunu III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev bu gün 2021-ci il noyabrın 5-də verilən “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib.

O qeyd edib ki, cərimələrin ödənilməsində şəxslərin maddi durumu nəzərə alınır.

“Amnistiya aktının tətbiq edildiyi cərimə cəzalarının məbləği 500 min manatdan çox təşkil edir”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti