...

Dövlət Məşğulluq Agentliyi İSO 37001 beynəlxalq standartının tətbiqini davam etdirir

Cəmiyyət Materials 6 Dekabr 2021 16:53 (UTC +04:00)
Dövlət Məşğulluq Agentliyi İSO 37001 beynəlxalq standartının tətbiqini davam etdirir

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinin antikorrupsiya idarətmə sistemi üzrə beynəlxalq standart olan İSO 37001-nə uyğun qurulması işləri aparılır.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu standart idarəetmədə şəffaflığın təminatı, korrupsiya risklərinin aradan qaldırılması üçün təlimat, prosedur dəstəyini təmin edir.

İlkin qiymətləndirmə, korrupsiyaya qarşı idarəetmə sisteminin işlənib hazırlanması və tətbiqi, korrupsiya risklərinin qiymətləndirilməsi mərhələləri artıq başa çatıb. Növbəti mərhələdə korrupsiyaya qarşı idarəetmə sisteminin tətbiqi, təşkilat üzrə daxili auditin keçirilməsi və Agentliyin sertifikasiya prosesi aparılacaq. Agentlik gələn ilin ortalarınadək fəaliyyətində İSO 37001 standartının tətbiqini yekunlaşdırmağı nəzərdə tutur.
Standartın tətbiqi və sertifikatlaşdırma prosesində dəstək üçün Agentlik tərəfindən müvafiq xidmətlərin satın alınması məqsədilə qanunvericiliyin tələblərinə uyğun açıq tender keçirilib.

Beynəlxalq idarəetmə standartları sahəsində tanınan və 2004-cü ildən Azərbaycanda fəaliyyət göstərən “Zygon Caspian Consulting” şirkəti (Böyük Britaniya) ən aşağı qiymət və səmərəli xidmət təklifinə görə tenderin qalibi olub.

Tenderin icrası satınalma qurumlarının nəzarəti ilə yerinə yetirilib və nəticələri elektron portal vasitəsilə ictimaiyyətə açıqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti