...

Neftçala rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb

Cəmiyyət Materials 13 Dekabr 2021 11:35 (UTC +04:00)
Neftçala rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb

Bakı. Fərid Zöhrabov - Trend:

Neftçala rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Firudin Tağıyevdən bir ədəd müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti