...

Amerikalıların təqribən yarısı ABŞ-dakı demokratiyanın vəziyyətindən narazıdır

Cəmiyyət Materials 3 Yanvar 2022 02:16 (UTC +04:00)
Amerikalıların təqribən yarısı ABŞ-dakı demokratiyanın vəziyyətindən narazıdır

Bakı. Trend:

Amerikalıların demək olar ki, yarısı ABŞ-dakı demokratiyanın vəziyyətindən narazı qalıb.

Trend xəbər verir ki, Washington Post nəşri və Merilend Universitetinin sorğusuna əsasən, respondentlərin 46 faizi ölkədə demokratiyanın necə işləməsi ilə "az" və ya "heç" fəxr etmədiyini bildirib.

Digər 54 faiz ABŞ-dakı demokratiya ilə fəxr etdiyini bildirib, onlardan 11 faizi "çox fəxr etdiyini", 43 faizi isə “müəyyən dərəcədə fəxr etdiyini" bildlrib.

Bundan əlavə, məmnunluq səviyyəsi son dörd ildə azalıb: 2017-ci ildə aparılan sorğu əhalinin 63 faizi Amerika demokratiyasının fəaliyyətindən qürur duyduğunu bildirmiş, müvafiq olaraq 36 faizi isə əks mövqe ifadə etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti