...

Yeni il ərəfəsində milli parklara 2000-ə yaxın turist səfər edib (FOTO)

Cəmiyyət Materials 5 Yanvar 2022 12:20
Yeni il ərəfəsində milli parklara 2000-ə yaxın turist səfər edib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Çingiz Səfərli - Trend:

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında Azərbaycanın milli parklarına 1884 turist səfər edib.

Trend-in məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, bayram tətili günlərində Göygöl və Şahdağ milli parklarını daha çox turist ziyarət edib. Onun sözlərinə görə, bu da əsasən yüksək dağlıq ərazilərdə müşahidə olunan qarlı hava şəraiti ilə bağlıdır.

“Eyni zamanda, ölkəmizin füsunkar guşələrində yerləşən milli parkların təbliği, orada təşkil olunan maarifləndirici tədbirlər, milli parklardan bütün fəsilləri əhatə edən və biomüxtəlifliyi əks etdirən maraqlı, rəngarəng video və foto görüntülər də gözəl təbiət ərazilərimizə olan marağı ilbəil artırır” - o qeyd edib.

A.Səmədovanın sözlərinə görə, vətəndaşlarımız və Azərbaycana gələn qonaqlar tətillərdə, bayram günlərində milli parkları ziyarət etməyə üstünlük verir və bu səbəbdən ziyarətçilərin sayı nəzərəçarpacaq dərəcədə artır.

“Ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir” - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti