...

Hərbçilərin pensiyası yenidən hesablanıb

Cəmiyyət Materials 11 Yanvar 2022 12:01 (UTC +04:00)
Hərbçilərin pensiyası yenidən hesablanıb

Bakı. Çingiz Səfərli - Trend:

Aparılan monitorinqlər nəticəsində 250-dən çox hərbi qulluqçunun təminat xərclərinin tərkibində olan əlavələrin hesablanmasında nöqsanlar aşkarlanıb.

Trend xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev deyib.

Onun sözlərinə görə, həmin əlavələr yenidən hesablanıb və hərbi qulluqçuların pensiyalarında müəyyən faiz nisbətində artımlar həyata keçirilib.

"Bu, hərbi qulluqçulara münasibətdə qısa müddətdə gördüyümüz işlərin nəticəsidir" - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti