...

Bu il 766 şəxs üçün kiçik bizneslər yaradılıb

Cəmiyyət Materials 14 Fevral 2022 16:01 (UTC +04:00)
Bu il 766 şəxs üçün kiçik bizneslər yaradılıb

Bakı. Humay Ağacanova - Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramı və proqramın genişlənməsinə dəstək olaraq Dünya Bankı ilə birgə icra olunan “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə aktivlərin paylanması işləri 2022-ci ildə də davam edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin işlər çərçivəsində bu ilin əvvəlindən paytaxt və regionlarda 766 nəfər işsiz və işaxtaran şəxsə mal və materiallar formasında aktivlər təqdim edilib.

Həmin şəxslərin mühüm hissəsi şəhid ailələrinin üzvləri, müharibə iştirakçılarıdır.

Verilmiş aktivlər hesabına onlar müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kiçik bizneslərini yaradıblar.

Özünüməşğulluq proqramına və qeyd edilən layihəyə cəlb olunan şəxslər ilk mərhələdə təlimlərdə iştirak edərək, kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar qazanır, daha sonra biznes planlarına uyğun aktivlərlə təmin edilirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti