...

Azərbaycan Robert Koçaryan və Serj Sarqsyan barədə axtarış elan etdi (VİDEO)

Cəmiyyət Materials 21 Fevral 2022 13:55 (UTC +04:00)
Azərbaycan Robert Koçaryan və Serj Sarqsyan barədə axtarış elan etdi (VİDEO)

Bakı. Samir Əli - Trend:

Azərbaycan Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj Sarqsyan barədə axtarış elan edib.

Bu barədə Trend-in sorğusuna Respublika Hərbi Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, hər iki şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

"Adıçəkilən şəxslər 1988-ci ilin fevral ayından etibarən Azərbaycan və erməni xalqları arasında milli düşmənçilik salmaq, nifrət oyatmaq niyyəti ilə Xankəndi şəhərinin təşkilat və müəssisələrində erməni milliyyətindən olan işçiləri yığıb iclaslar keçirib, Qarabağın ermənilərə məxsus olduğunu və orada yalnız ermənilərin yaşamalı olduğunu bildirib, azərbaycanlıları işdən qovub, Dağlıq Qarabağdan zorla köçürərək evlərini yandırmağı təbliğ ediblər. Həmin şəxslər qondarma “Dağlıq Qarabağ Respublikası”nın elan olunması barədə qanunsuz qərar qəbul etdiklərinə və digər cinayətlər törətdiklərinə görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və axtarışa veriliblər”, - deyə məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti