...

Azərbaycanda kreativ sənaye və müəllif yaradıcılığının dinamik artımı müşahidə olunur - Kamran İmanov

Cəmiyyət Materials 23 Fevral 2022 12:28 (UTC +04:00)
Azərbaycanda kreativ sənaye və müəllif yaradıcılığının dinamik artımı müşahidə olunur - Kamran İmanov

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycanda kreativ sənaye və müəllif yaradıcılığının dinamik artımı müşahidə olunur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Əqli Mülkiyyət Agentliyinin İdarə heyətinin sədri Kamran İmanov "Yaradıcı sənayedə çağırıçlar və biznes imkanları" adlı tədbir zamanı deyib.

Onun sözlərinə görə, 2010-cu ildə kreativ sənayenin ümumi daxildə məhsulda payı 3,5 faiz, 2015-ci ildə 5,1 faiz, 2020-ci ildə 5,3 faiz təşkil edib.

"Azərbaycanın ümumi daxili məhsulunda müəllif layihələrinin payı isə 2010-cu ildə 1,8 faiz, 2015-ci və 2020-ci ildə 2,9 faiz təşkil edib", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti