...

Azərbaycanda ov mövsümü başa çatıb

Cəmiyyət Materials 1 Mart 2022 19:05 (UTC +04:00)
Azərbaycanda ov mövsümü başa çatıb

Bakı. Trend:

Azərbaycanda 2021-2022-ci illər üzrə ov mövsümü fevralın 27-də başa çatıb və ov icazələrinin verilməsi dayandırılıb. Həmin tarixdən etibarən vətəndaşların, ovçuların ov etməsi qadağandır.

Trend xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

Xidmət rəisi ov ilə məşğul olan şəxsləri qadağan olunan vaxtlarda ov qaydalarına əməl etməyə çağırıb: “Ov mövsümünün bağlanması heyvanların və quşların bioloji xüsusiyyətləri ilə bağlıdır. Bu müddətdə növlərin çoxalma dövrü başladığından onların populyasiyasına və təbii artımına zərər verilməməsi üçün ov qadağan olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti