...

Azərbaycanda daha 374 nəfər koronavirusa yoluxub, 18 nəfər vəfat edib

Cəmiyyət Materials 6 Mart 2022 16:37 (UTC +04:00)
Azərbaycanda daha 374 nəfər koronavirusa yoluxub, 18 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 374 yeni yoluxma faktı qeydə alınıb, 1 029 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 789 332 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 775 275 nəfər müalicə olunaraq sağalıb, 9 518 nəfər vəfat edib, aktiv xəstə sayı 4 539 nəfərdir.

Ölkədə son sutka ərzində 6 284, hazırkı dövrədək isə 6 599 806 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti