...

A-Qroup şirkətinin sığorta haqlarının həcmi növbəti dəfə artıb

Cəmiyyət Materials 10 Mart 2022 16:37 (UTC +04:00)
A-Qroup şirkətinin sığorta haqlarının həcmi növbəti dəfə artıb

Bakı. Trend:

Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan A-Qroup şirkəti 2021-ci ildə uğurlu fəaliyyətinin nəticələrini açıqlayıb.

Hesabat dövründə şirkət tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi əhəmiyyətli dərəcədə artıb. Belə ki, A-Qroup şirkətinin sığorta yığımlarının ümumi məbləği 2021-ci ildə 19 072 054.16 manat təşkil edib, bu isə öncəki hesabat dövrü ilə müqayisədə 12% artıqdır.

Şirkətin prioritet fəaliyyət sahəsi olan, tibbi sığorta üzrə A-Qroup tərəfindən 14 811 716,32 manat sığorta haqqı toplanıb.

Maliyyə hesabatlarına əsasən, 2021-ci il üçün KASKO sığorta haqlarının həcmi 2020-ci ilin yekunları ilə müqayisədə 1 milyon manat artıb.

ƏMLAK sığortası üzrə 2021-ci il üçün sığorta haqlarının məbləği təxminən iki dəfə artıb.

Ötən il ərzində eyni zamanda şirkətin sığorta ödənişlərinin həcmi artaraq 11 739 982,69 manat təşkil edib. Siğortallıların gündəlik sığorta ödənişi məbləği 32 000 AZN təşkil etmişdir.

Hesabat dövrünün nəticələri şirkətin sabit müsbət dinamikasını nümayiş etdirir və A-Qroup sığorta bazarında müvəffəqiyyətlə fəaliyyət göstərir, müştərilərə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir və sığorta ödənişlərinin həyata keçirilməsi müddətinin azaldılması, zərərlərin tənzimlənməsi prosessinin effektivliyinin artırılması üçün daim çalışır.

Xatırlatmaq istərdik ki, A-Qroup sığorta şirkəti dinamik inkişaf etməyə davam edir. Şirkət artıq 26 ildir ki, sığorta bazarında uğurla fəaliyyət göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. A-Qroup sığorta şirkəti fiziki və korporativ müştərilərə genişçeşidli sığorta məhsulları təqdim edərək 14 növ könüllü və 3 icbari sığorta növü üzrə yüksək ixtisaslı xidmətlər təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti