...

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində martın 26-dək qeyri-iş günüdür

Cəmiyyət Materials 20 Mart 2022 15:27 (UTC +04:00)
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində martın 26-dək qeyri-iş günüdür

Bakı. Trend:

Novruz bayramı ilə əlaqədar martın 20-dən 26-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildirilib ki, martın 20-də vətəndaşlar şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətləri üzrə yalnız hazır sənədlərin verilməsi xidmətindən yararlana bilərlər.

Martın 27-dən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

"ASAN kommunal" mərkəzlərində bazar günü qeyri-iş günüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti