...

Ombudsman şəhid ailəsini ziyarət edib

Cəmiyyət Materials 28 Mart 2022 11:49 (UTC +04:00)
Ombudsman şəhid ailəsini ziyarət edib

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vətən müharibəsi şəhidi Elvin Məlikovun ailəsinə baş çəkib. Şəhidin doğum günü ərəfəsində ailəni ziyarət edən Ombudsman torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan gənclərinin böyük qəhrəmanlıq göstərdiyini vurğulayıb.

Görüş zamanı Ombudsman ailənin qayğıları ilə maraqlanıb. Şəhidin ailə üzvləri üçün psixoloji dəstək xidmətinin təşkili barədə müzakirə aparılıb.

Qeyd edək ki, Vətən müharibəsində şəhid olmuş Elvin Məlikov “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti