...

Azərbaycanda 62 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

Cəmiyyət Materials 30 Mart 2022 16:36 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 876 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 865 nəfər müalicə olunaraq sağalıb, 9 691 nəfər vəfat edib, aktiv xəstə sayı 320 nəfərdir.

Son sutkda ölkədə 5 122, hazırkı dövrədək isə 6 697 184 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti