...

Gecə klubundakı partlayışda xəsarət alanların son vəziyyəti açıqlanıb

Cəmiyyət Materials 4 Aprel 2022 14:12 (UTC +04:00)
Gecə klubundakı partlayışda xəsarət alanların son vəziyyəti açıqlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda xəstəxanada gecə klubunda baş verən partlayışda xəsarət alan 16 nəfər var. Onlardan 13-ü dövlət tibb müəssisələrində müalicəsini davam etdirir.

Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında deyilir.

"Reanimasiya şöbəsində müalicə alan 7 nəfərdən 3-nün vəziyyəti kritikdir. Stasionarda müalicə alan digər 5 nəfərin vəziyyəti stabil ağır, 4-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, tibb mütəxəssisləri yaralıların ailələri ilə mütəmadi əlaqə saxlayaraq onları yaxınlarının sağlamlıq durumu barədə məlumatlandırır", - açıqlamada bidirilir.

Xatırladaq ki, Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti