...

Biləsuvarda sosial yardım adı ilə 29 nəfəri aldadan şəxs həbs edildi

Cəmiyyət Materials 8 Aprel 2022 12:15 (UTC +04:00)
Biləsuvarda sosial yardım adı ilə 29 nəfəri aldadan şəxs həbs edildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Biləsuvarda 29 nəfəri sosial yardım və iş adı ilə aldadıb 16 min manat alan şəxs barədə cinayət işi başlanıb.

Biləsuvar rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini Elman Nuriyevin qanunsuz əməlləri barədə rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciətləri əsasında araşdırma aparılıb.

Aparılmış araşdırmalarla, 24 avqust 2021-ci il tarixdən “DOST İş Mərkəzi” MMC-də ictimai işlərə cəlb olunmuş Elman Nuriyevin özünü Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin işçisi kimi, yəni özünü vəzifəli şəxs kimi təqdim edib dövlət özünəməşğulluq proqramı çərçivəsində iş və ünvanlı dövlət sosial yardımla təmin edəcəyi barədə yalan vədlər verməklə 29 nəfər şəxsdən ümumilikdə 16 min manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsinə, eyni zamanda həmin şəxsləri rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanmışdır.

Elman Nuriyevə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti