...

Azərbaycan İlahiyyat İnstitutunda özbəkistanlı alim seminar verib (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2022 15:19 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutunda özbəkistanlı alim seminar verib (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Özbəkistan Beynəlxalq İslam Akademiyasının (ÖBİA) müəllimi, prof., doktor Mokhira Abdullayeva ali təhsil müəssisəsinin tələbə və müəllim heyəti qarşısında məruzə ilə çıxış edib.

ÖBİA-nın müəllimi, prof., doktor Mokhira Abdullayeva Özbəkistan Respublikasında İslam dininə aid veb-saytların təsnifatından bəhs edib. Məruzəçi qloballaşan dünyada ölkənin təhlükəsizliyinin qorunmasında, milli maraqların təmin olunmasında medianın rolundan, onun cəmiyyətə təsirlərindən danışıb.

Daha sonra Mokhira Abdullayeva ölkədə olan dini tədqiqat mərkəzləri, nəşriyyatlar, institutlar, akademiyalar və məscidlərin veb-saytları haqqında söhbət açıb.

Tədbir müzakirələrlə davam edib.

Qeyd edək ki, Aİİ-nin qarşısına qoyduğu məqsədlərdən biri də ali təhsil müəssisəsinin dünya miqyasında tanınmasına nail olmaqdır. Bu istiqamətdə İnstitut ilahiyyat sahəsində tanınmış dünya universitetləri ilə əlaqələr yaradır, ikitərəfli əməkdaşlığa dair memorandumlar və müqavilələr imzalayır. Hazırda əməkdaşlıq müqaviləsi çərçivəsində Aİİ-nin tələbələri xarici ölkə universitetlərində ilahiyyat sahəsi üzrə təhsillərini davam etdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti