Bakı. Trend:
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, xəstəlikdən ölüm halı qeydə alınmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 412 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 584 nəfər müalicə olunaraq sağalıb, 9 706 nəfər vəfat edib, aktiv xəstə sayı 122 nəfərdir.
Ölkədə son sutka ərzində 4 522, hazırkı dövrədək isə 6 780 926 test aparılıb.