Bakı. Trend:
Artıq avtomatik olaraq 90 minə yaxın şagird birinci sinfə qəbul olunub.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov deyib.
Onun sözlərinə görə, artıq birinci sinfə qəbul olan şagirdlər mayın 6-dan elektron ərizələrini şəxsi kabinetdən çap edib məktəbə təqdim etməlidirlər.
“Həmçinin mayın 6-da şəxsi kabinet açaraq məktəb və siniflərini seçə bilərlər” - deyə o əlavə edib.