Bakı. Trend:
Bu il tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı bütün müsahibələr əyani formada keçirələcək.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov deyib.
O qeyd edib ki, ötən il pandemiyaya görə müsahibələr onlayn formada keçirilib.
“Bu il müsahibələr əyani keçirləcək. Müsahibələr üçün qeydiyyat mayın 10-dan 31-dək davam edəcək”, - deyə o əlavə edib