Bakı. Trend:
Azərbaycanın əməkdar jurnalisti, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli vəfat edib.
Trend-in məlumatına görə, Nəsir Əhmədli 80 yaşında dünyasını dəyişib.
O, ağciyər xərçəngindən əziyyət çəkirdi.
Əməkdar jurnalist doğulduğu Tovuz rayonunda dəfn olunacaq.