...

Azad olunmuş ərazilərdə peşə festivalının keçirilməsi nəzərdə tutulur

Cəmiyyət Materials 7 İyun 2022 19:34 (UTC +04:00)
Azad olunmuş ərazilərdə peşə festivalının keçirilməsi nəzərdə tutulur
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azad olunmuş ərazilərdə peşə festivalının keçirilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Peşə Festivalının bağlanış mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.

O bildirib ki, növbəti illərdə peşə festivalı daha geniş formada keçiriləcək.

"Gələcəkdə bu festivalların digər rayonlarda və geniş keçirilməsi nəzərdə tutulur. Həmçinin, bu cür festivalın azad olunan ərazilərdə keçirilməsi planlaşdırılır. Həmin ərazilər bərpa ediləndən sonra bu cür tədbirlər orada da keçiriləcək", - sədr deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti