...

Uşaq cərrahı Vüsal Cəfərov canlı yayımda çıxış edəcək

Cəmiyyət Materials 21 İyun 2022 10:28 (UTC +04:00)
Uşaq cərrahı Vüsal Cəfərov canlı yayımda çıxış edəcək

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsinin yüksəkixtisaslı uzman uşaq cərrahı Vüsal Cəfərov 5 iyul 2022-ci il tarixində saat 16.00-da “Uşaqlarda sünnət nə vaxt və hansı üsulla edilməlidir?” mövzusunda canlı yayımda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq. Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/).

Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür. Qeyd edək ki, Dr. Vüsal Cəfərov 2009-cu ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirdikdən sonra 2011-2016-cı illərdə İstanbul Cərrahpaşa Universitetinin Tibb fakültəsinin Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası bölməsində uzmanlıq təhsili almışdır.

Dr. Vüsal Cəfərov 2016-cı ildən etibarən Mərkəzi Gömrük Hospitalında uşaq cərrahı kimi çalışır. O, uşaqlarda anadangəlmə inkişaf qüsurlarının, yenidoğulmuş uşaqların cərrahi problemlərinin, uşaqlarda rast gəlinən təcili patologiyaların müalicəsi üçün aparılan əməliyyatları, həmçinin, müxtəlif növ uşaq uroloji əməliyyatlarını həm açıq cərrahiyyə, həm də laparoskopik üsulla icra edir.

O, dünya mətbuatını mütəmadi olaraq izləyir, tibb elminin nailiyyətləri ilə tanış olur, onları öyrənir və öz təcrübəsində tətbiq edir. Dr. Vüsal Cəfərov Türk Təbiblər Birliyinin, Türk Uşaq Cərrahiyyəsi Dərnəyinin və Türk Hipospadiya Dərnəyinin üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti