...

25 qazi və müharibə iştirakçısı 6 aylıq peşə kursunu başa vurub (FOTO)

Cəmiyyət Materials 23 İyun 2022 13:03 (UTC +04:00)
25 qazi və müharibə iştirakçısı 6 aylıq peşə kursunu başa vurub (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

44 günlük Vətən Müharibəsi zamanı ordumuzun şanlı qələbəsindən sonra “Qarabağa dönüş” təşkilatı qazi və müharibə iştirakçılarının, o cümlədən şəhid ailələrinin məşğulluq problemlərinin həlli məsələsinə töhfə vermək üçün “Qarabağımızı birlikdə quraq” layihəsinə start verib.

Trend-in məlumatına görə, layihə çərçivəsində 25 qazi və müharibə iştirakçısı BP-Azərbaycan və Ekvita şirkətlərinin maliyyə dəstəyi ilə Kulane Peşə Təhsil Mərkəzində kurslara cəlb olunublar. 6 ay ərzində qazi və müharibə iştirakçıları sözügedən mərkəzdə Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM), həmçinin yükqaldırma üzrə mütəxəssis peşələrinin sirlərini öyrəniblər. Bundan başqa onlara ingilis dili, psixologiya, etik davranış qaydaları tədris olunub. Bu gün kursu bitirən qazi və müharibə iştirakçılarına beynəlxalq sertifikatlar təqdim olunub.

Tədbirdə çıxış edən “Qarabağa dönüş” təşkilatının rəhbəri, millət vəkili Tural Gəncəliyev şirkət rəhbərlərinə qazi və müharibə iştirakçılarının məşğulluq məsələlərinin həlli ilə bağlı çağırış edib. T.Gəncəliyev həmçinin bildirib ki, qazi və müharibə iştirakçılarının işlə təminatı məsələsi ilə yanaşı, onların fərdi inkişafına yardım göstərmək də hər kəsin borcudur.

Tədbirdə çıxış edən millət vəkili Sevil Mikayılova ilk öncə Vətən müharibəsi iştirakçılarına və qazilərə minnətdarlıq edib.

Bildirib ki, bu gün Azərbaycan xalqı məhz Vətən müharibəsi şəhidlərinin, qazi və iştirakçılarının sayəsində 30 il işğalda qalan əbədi və əzəli torpaqlarımıza qovuşub.

"Biz hər birimiz sizlərə minnətdarıq. Sizin sayənizdə bu böyük zəfəri qazanmışıqsa, düşünürəm ki, bundan sonra digər problemlərin də öhdəsindən gələcəyik. Biz ümumilikdə dövlətimizin, vətənimizin çiçəklənməsi, Azərbaycanın bütövlüyünün, dövlətçiliyimizin əbədi olması üçün birlikdə çalışacağıq", - millət vəkili deyib.

Deputat bu layihənin reallaşmasında əməyi olan hər kəsə təşəkkür edib. Bildirib ki, layihə çərçivəsində qazi və müharibə iştirakçıları bu sənətə yiyələnməklə yeni bir şans əldə edirlər: "Əminəm ki, bu təhsil sizin həyatda vacib vəsiqəniz olacaq", - S.Mikayılova qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti