...

Qazi Elvin Cəfərovun dəfnində heç bir insident qeydə alınmayıb - DİN

Cəmiyyət Materials 12 İyul 2022 15:38 (UTC +04:00)
Qazi Elvin Cəfərovun dəfnində heç bir insident qeydə alınmayıb - DİN
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə qazi Elvin Cəfərovun dəfnində insident yaşanması ilə bağlı məlumatlar yayılıb.

Trend xəbər verir ki, məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən mətbuatın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar əsassızdır: “Allahdan qazimizə rəhmət diləyir və təəssüf hissi ilə qeyd edirik ki, bəzi sosial şəbəkə səhifələri qazimizin faciəsindən öz çirkin məqsədləri üçün istifadəyə cəhd ediblər. Amma Elvin Cəfərovun ailəsi öz səbrli və təmkinli davranışı ilə onların bu cəhdini heçə çıxarıb.

Qazimizin dəfnində rayon rəhbərliyi, rayonun ictimaiyyətinin üzvləri, eləcə də onun yaxınları iştirak ediblər. Elvin Cəfərov el adət-ənənəsinə uyğun dəfn olunub. Dəfn prosesində heç bir insident qeydə alınmayıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti