...

Rusiya aviaşirkəti Sankt-Peterburqdan Bakıya reyslərin sayını artıracaq

Cəmiyyət Materials 31 Avqust 2022 16:10 (UTC +04:00)
Rusiya aviaşirkəti Sankt-Peterburqdan Bakıya reyslərin sayını artıracaq
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın "UTair" aviaşirkəti sentyabrın 7-dən etibarən Sankt-Peterburqdan Bakıya reyslərin sayını artıracaq.

Trend bu barədə "Pulkovo" hava limanının mətbuat xidmətinə istinadən məlumat verir.

Qeyd olunur ki, uçuşların sayı həftədə üç dəfədən dörd dəfəyədək artırılır.

Uçuşlar bazar ertəsi, çərşənbə, cümə axşamı və cümə günləri yerinə yetiriləcək.

Qeyd edək ki, "UTair" bu il iyulun 5-dən Sankt-Peterburqdan Bakıya reyslərin icrasına başlayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti