...

Əhali əsasən hansı məhsullar alıb? - Statistika

Cəmiyyət Materials 15 Sentyabr 2022 20:58 (UTC +04:00)
Əhali əsasən hansı məhsullar alıb? - Statistika
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan əhalisinin əsasən hansı məhsullar aldığı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2022-ci ilin yanvar-avqust aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 56,4 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ümumilikdə, qeyd olunan müddət ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 30,9 milyard manatlıq, o cümlədən 17,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti