Bakı. Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə bu gün Qızılağac Milli Parkının yaranması günü ilə əlaqədar “Xüsusi mühafizə olunan təbiət ərazilərinin potensialı, genişləndirilməsi, mühafizəsi və ekoturizmin inkişafı” mövzusunda seminar-müşavirə keçiriləcək.
Trend-in məlumatına görə, tədbir çərçivəsində Qızılağac Milli Parkındakı Kiçik Qızılağac körfəzinə çəkikimi balıq körpələrinin buraxılması nəzərdə tutulub.