...

9 ay ərzində Göygöl Milli Parkını 215 mindən çox turist ziyarət edib

Cəmiyyət Materials 30 Sentyabr 2022 19:28 (UTC +04:00)
9 ay ərzində Göygöl Milli Parkını 215 mindən çox turist ziyarət edib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İlin ötən dövrü ərzində Göygöl Milli Parkını 215 min çox turist ziyarət edib. Turistlərin əksəriyyəti Göygölü və digər qismi isə daha çox Maralgölü ziyarət ediblər.

Trend-in məlumatına görə, bunu Göygöl Milli Parkının direktor müavini Fuad Quliyev deyib.

O bildirib ki, ziyarət edənlərin 201 min 849 nəfəri yerli turistlərdir.

"Milli parka giriş haqqının 25 faizini ödəyib daxil olmaq hüququna malik olanların sayı 1052 nəfər təşkil edib. Milli parka səfər edən imtiyazlı turistlərin sayı, yəni Qarabağ əlilləri, Vətən müharibəsi iştirakçıları, müharibə veteranları və şəhid ailəsi üzvlərinin ümumi sayı 8588 nəfər təşkil edib. Onlar milli parklara tam ödənişsiz daxil olurlar", - direktor müavini deyib.

F.Quliyev bildirib ki, il ərzində Azərbaycanın milli parklarında 10-a yaxın "Açıq qapı" günü keçirilir. Bu zaman ziyarətçilər milli parklara ödənişsiz daxil olurlar: "Açıq qapı" günlərində Göygöl Milli Parkını 2 minə yaxın turist ziyarət edib. Onlardan 749 nəfəri xarici turistlər olub".

Milli Parkda həyata keçirilən yeniliklər barədə məlumat verən F.Quliyev deyib ki, əvvəllər Göygöl Milli Parkında iki marşrut var idisə, hazırda onların sayı 10-a bərabərdir:
"Turistlərin rahat daxil olmasını təmin etmək üçün yüksəkkeçidli terminallar quraşdırılıb. Nəticədə eyni anda 3 maşın qəbul etmək imkanımız var. Milli parkda Azərbaycanda ən çox ziyarət olunan məkan kimi turistlərin sıxlığı müşahidə olunur. Bunun qarşısını almaq üçün təkmilləşdirmələr aparılır. Həmçinin, milli parkda 60-70 maşın tutumu olan parkinq də yaradılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti