...

Qobustan qəsəbə sakinləri ilə növbəti səyyar görüş baş tutub (FOTO)

Cəmiyyət Materials 21 Oktyabr 2022 20:16 (UTC +04:00)
Qobustan qəsəbə sakinləri ilə növbəti səyyar görüş baş tutub (FOTO)

Bakı. Trend:

21 oktyabr 2022-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qobustan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Qəbulda Milli Məclisin deputatı Aydın Hüseynov, Qobustan qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Keçirilmiş səyyar qəbulda 50-ə yaxın qəsəbə sakinləri iştirak ediblər.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qəsəbə sakinlərindən 8 nəfəri fərdi qaydada dinləmişdir. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti