...

ODTU-nun rektoru, professor Mustafa Verşan Kökə ADNSU-nun Fəxri doktoru diplomu təqdim olunub (FOTO)

Cəmiyyət Materials 5 Noyabr 2022 19:21 (UTC +04:00)
ODTU-nun rektoru, professor Mustafa Verşan Kökə ADNSU-nun Fəxri doktoru diplomu təqdim olunub (FOTO)

Bakı. Trend:

Noyabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbədənkənar iclasında Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTU) rektoru, professor Mustafa Verşan Kökə ADNSU-nun Fəxri doktoru diplomu təqdim olunub.

Universitetdən Trend-ə bildirilib ki, təqdimetmə mərasimində çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı professor Mustafa Verşan Kökün həyat və yaradıcılığı, təhsili və elmə verdiyi töhfələr haqqında şura üzvlərinə məlumat verib. ADNSU-da 3 gündür davam edən Beynəlxalq elmi konfransda əsas tərəfdaşlardan biri olan ODTU-nun fəaliyyətini xüsusilə qeyd edən rektor, professor Mustafa Babanlı professor Mustafa Verşan Kökün bu fəxri ada layiq olduğunu vurğulayıb və dəvəti qəbul edib gəldiyinə görə qonağa minnətdarlığını bildirib.

Sonra rektor, professor Mustafa Babanlı qonağa ADNSU-nun “Fəxri doktoru” diplomunu təqdim edib.

Qardaş ölkədə, o cümlədən, belə mötəbər bir universitetdə olmaqdan məmnunluğunu ifadə edən Mustafa Verşan Kök ona göstərilən etimada, yüksək dəyərə görə Şura üzvlərinə və universitet rəhbərliyinə minnətdarlığını bildirib. Qonaq elm və biliyin vəhdəti, paralel inkişafı haqqında məruzə ilə çıxış edib, bu və ya digər istiqamətdə ADNSU ilə əməkdaşlığın yeni müstəvidə daha uğurlu olacağına əmin olduğunu vurğulayıb.

Sonra tədbirdə iştirak edən ADNSU-nun və ODTU-nun məzunları çıxış ediblər, hər iki universitet rəhbərliyinə minnətdarlıq edərək xoş arzularını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti