...

Prezident İlham Əliyevin Albaniyaya səfəri - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO)

Cəmiyyət Materials 15 Noyabr 2022 23:37 (UTC +04:00)
Prezident İlham Əliyevin Albaniyaya səfəri - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Albaniya Respublikasına dövlət səfərinə gedib. Dövlətimizin başçısını Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku və digər rəsmi şəxslər qarşılayıb.

Azərbaycanla Albaniya arasında dostluq münasibətləri müxtəlif sahələr üzrə inkişaf edir. Trans-Adriatik qaz boru kəməri layihəsinin uğurla reallaşması ölkələrimiz arasında əlaqələrin, həm də beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verir.

Trend-in çərşənbə axşamı verdiyi məlumata görə, Tofiq Abbasovun təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Prezident İlham Əliyevin Albaniyaya səfəri, enerji təhlükəsizliyində Azərbaycanın artan rolu" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Məzahir Əfəndiyev - Milli Məclisin deputatı, Elşad Məmmədov - iqtisadçı, professor, Turab Rzayev - siyasi şərhçi və Fuad Çıraqov - Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=h4NplOdB8tk&ab_channel=AZTV

Məqalədə:
Xəbər lenti

Xəbər lenti