...

Vətəndaşlar növbə gözləmədən doğum və ölümü elektron qeydə ala biləcəklər

Cəmiyyət Materials 21 Noyabr 2022 11:57 (UTC +04:00)
Vətəndaşlar növbə gözləmədən doğum və ölümü elektron qeydə ala biləcəklər
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

"Mobil Əhali" tədbiq vasitəsilə ölkədə və xaricdə yaşayan vətəndaşlar növbə gözləmədən doğum və ölümü elektron qeydə ala biləcəklər.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova ədliyyə sahəsində tətbiq olunan yeni rəqəmsal innovasiyaların ictimai təqdimatında deyib.

O bildirib ki, bu QR kod vasitəsilə həyata keçiriləcək:

"Vətəndaşlar övladlarına istədiyi adı da elektron qoya biləcəklər. Ailə tərkibi, subaylıqla bağlı arayışların elektron qaydada verilməsi bu proqramda nəzərdə tutulub. Bu "Mobil notariat" alt tətbiqidir. "Mobil notariat"ın artıq 400 mindən çox istifadəçisi var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti