...

"Baksol" yolunda hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət Materials 23 Noyabr 2022 13:48 (UTC +04:00)

Bakı. Trend:

"Baksol" yolunda hərəkət məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, 24 noyabr saat 10:00-dan 26 noyabr saat 22:00–dək Bakı şəhəri, Binəqədi rayonu, "Baksol" yolunun təmir işləri icra olunan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti