...

AzMİU ilə DOST Agentliyi arasında memorandum imzalanıb (FOTO)

Cəmiyyət Materials 7 Dekabr 2022 15:01 (UTC +04:00)
AzMİU ilə DOST Agentliyi arasında memorandum imzalanıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandomu imzalanıb.

Memorandomu AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova və DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov imzalayıblar.

Sənədə əsasən, tərəflər arasında praktiki əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, bu xüsusda birgə proqramların təşkili, tələbələrin dövlət xidmətləri sahəsində bilik və bacarıqlarının formalaşdırılması, innovativ təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, Universitetin elmi potensialından istifadə etməklə sosial təminat və dövlət xidmətləri üzrə araşdırmaların aparılmasına dəstək, statistika və təhlillərin aparılması sahəsində əməkdaşlığın qurulması, müvafiq sahədə maarifləndirilmə, tələbələr arasında könüllülük fəaliyyətinin təşviq edilməsi və digər oxşar məsələlərlə bağlı birgə fəaliyyətin göstərilməsi, müştərək layihələrin icra edilməsi memorandumda qeyd olunub.

Qeyd edək ki, Memorandumun imzalanması məqsədilə DOST Agentliyinin nümayəndə heyəti AzMİU-da olub. Qonaqlarla görüşdə memorandumda əks olunan əməkdaşlıq istiqamətləri, fəaliyyət sahələri, eləcə də perspektiv imkanlar haqqında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti