Bakı. Trend:
Bu gün tələbələrimizin iş axtarması qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir.
Trend-in məlumatına görə, bunu bu gün elm və təhsil naziri Emin Əmrullayev "Gələcəyə hazır ol" karyera inkişafı forumunda deyib.
Nazir qeyd edib ki, özəl və dövlət sektoru ilə tələbə təcrübə proqramlarının dəfələrlə artırılmasına ehtiyac var.
“İlk növbədə əmək bazarı ilə bağlı şəxsi mülahizələrə deyil, elmi əsaslara söykənən araşdırmalara ehtiyac var. İkincisi, mühüm sualların cavabları bizim xoşumuza gəlsə də, gəlməsə də ona uyğun addınlar atmalıyıq. İşəgötürənlər karyera mərkəzi ilə yaxın işləsələr, biz də nazirlik olaraq hər bir şəraiti yarada bilərik”,- deyə nazir əlavə edib.