Bakı. Trend:
Hazırda icbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2 550 xidmət daxildir.
Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bu gün icbari tibbi sığorta üzrə seminarda deyib.
O qeyd edib ki, növbəti il 700 tibbi xidmətin xidmətlər zərfinə əlavə edilməsi gözlənilir.
“Bu xidmətlərə travmatoloji, kardioloji, transplantasiya əməliyyatlarının da daxil olunması nəzərdə tutulur. Eyni zamanda, bir sıra xəstəlikər üzrə say limitinin artırılması planlaşdırılır”, - deyə o qeyd edib.