...

2020-2022-ci ildə keçirilmiş müsabiqələr nəticəsində 29 qadın işə qəbul edilib - Kamran Əliyev

Cəmiyyət Materials 11 Yanvar 2023 14:22 (UTC +04:00)
2020-2022-ci ildə keçirilmiş müsabiqələr nəticəsində 29 qadın işə qəbul edilib - Kamran Əliyev

Bakı. Trend:

Prokurorluq orqanlarında ümumilikdə 99 qadın əməkdaş işləyir. Onlardan 85 nəfər müsabiqə yolu ilə işə qəbul edilib.

Trend xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində məlumat verib.

Onun sözlərinə görə, həmin 85 qadın əməkdaşın 56-sı (65,9%) 2002-2019-cu il ərzində keçirilmiş 21 müsabiqə nəticəsində, 29-u (34,1%) isə 2020-2022-ci ildə keçirilmiş 3 müsabiqənin nəticəsində işə qəbul edilib.

Baş prokuror qeyd edib ki, hazırda prokurorluq orqanlarında rəhbər vəzifədə işləyən 9 qadın işçidən Baş Prokurorluqda 1 idarə rəisi, 3 idarə rəisinin müavini, 1 şöbə rəisi, həmçinin 1 Bakı şəhər prokurorunun böyük köməkçisi, 2 rayon prokuroru və 1 rayon prokurorunun müavini vəzifəsində işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti