Bakı. Trend:
Azərbaycanda brakonyerlik halları son illər azalıb.
Trend-in məlumatına görə, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu il qanunsuz ovla bağlı 4 fakt aşkarlanıb və hər birinə 1000 manat olmaqla cərimə tətbiq olunub:
"Qanunsuz balıq ovu ilə bağlı 3 fakt Sumqayıt, Siyəzən, Kür çayı üzərində aşkarlanıb. Ötən ilin dekabr ayının sonu və 2023-cü ilin ilk günlərində 5000 min metrə qədər sintetik tor müsadirə edilib. Qanunsuz ovla bağlı faktlara əsasən Siyəzən ərazisi, Neftçalada Kür çayı üzərində daha çox rast gəlinir".