...

Milli parklara səyahət edən turistlərin sayı açıqlanıb

Cəmiyyət Materials 13 Yanvar 2023 10:38 (UTC +04:00)
Milli parklara səyahət edən turistlərin sayı açıqlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Milli parklara səfər edənlərin sayı 2021-ci illə müqayisədə artıb. Ötən il 276 mindən çox turist milli parklara səfər edib.

Trend-in məlumatına görə, bunu bu gün Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, artım milli parklarda yeni infrastrukturların və yeni marşrutların yaranması ilə bağlıdır:

"Ən şox turist Göygöl, Abşeron, Şahdağ və Hirkan milli parklarına gedib. Bu o demək deyil ki, digər parklara az turist gəlir. Məsələn, Ağgöl milli parkına əsasən su bataqlıq quşlarını görmək, mart ayında isə laləlik üçün gedirlər.

2023-cü ildə hədəflərimiz daha böyükdür və çox turisti cəlb etmək üçün işlərə başlanılıb. Məsələn, Altıağac milli parkında xizəklə sürüşmək üçün şərait yaradılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti