...

Apteklərdə satılan koronavirus testlərinin doğruluq göstəricisi nə qədərdir?

Cəmiyyət Materials 19 Yanvar 2023 15:47 (UTC +04:00)
Apteklərdə satılan koronavirus testlərinin doğruluq göstəricisi nə qədərdir?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend

Son günlər bəzi apteklər satdıqları koronavirus testini yenidən reklam etməyə başlayıblar. Belə ki, beş tibbi maska alana bir koronavirus testi hədiyyə edilir.

Bəs sözügedən ekspress testlər nə dərəcədə etibarlıdır?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən infeksionist Natiq Əliyev bildirib ki, dövlət tərəfindən bütün xəstəxana və tibb müəssisələri kifayət qədər testlərlə təmin edilib.

İstənilən şəxs qeydiyyatda olduğu polikllinika və xəstəxanada PZR testini pulsuz verə bilər. Belə testlərdən istifadə edilməsi daha məqsədəuyğundur.

Səhiyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsinə görə, PZR (polimerazalı zəncirvari reaksiya) üsulu koronavirus infeksiyasının təyinində əsas təsdiqedici test hesab olunur. PZR üsulu ilə nəticə gec hazır olsa da, həssaslığı və spesifikliyi daha yüksəkdir. Digər üsulların heç biri təsdiqləyici deyil.

Qeyd edək ki, dünənə olan məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 6 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 827 525 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 001 nəfər müalicə olunaraq sağalıb, 10 060 nəfər vəfat edib, aktiv xəstə sayı 464 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti