...

Xəzər rayonunda 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 31 Yanvar 2023 19:03 (UTC +04:00)
Xəzər rayonunda 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

31 yanvar 2023-cü il tarixində Xəzər rayon İcra Hakimiyyətinin və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə 2 fevral - Gənclər Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatları Soltan Məmmədov, Jalə Əhmədova və Rauf Əliyev, rayonun ictimai-siyasi, mədəni həyatında fəallığı ilə seçilən gənclər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək ölkədə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu gənclər siyasətindən ətraflı məlumat verdi. Tədbirdə həmçinin çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatları Soltan Məmmədov, Jalə Əhmədova və Rauf Əliyev və YAP Xəzər təşkilatının gənc fəalı Sultan Teymurov 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycan gənclərinin vətən sevgisini nümayiş etdirdikləri, vətənpərvərlik ruhunda tərbiyə olunduqları barədə danışaraq, ölkədə aparılan uğurlu gənclər siyasətinin nəticəsinin olduğunu vurğulayıblar. Qeyd olundu ki, bu sahədə imzalanan fərman və sərəncamlar, qəbul edilən Dövlət proqramları gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması istiqamətində geniş imkanların açılmasına şərait yaradır.

Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqəsi, rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, yüksək nailiyyətlər əldə etmiş gənclərə fəxri fərmanlar və hədiyyələr təqdim edildi.

2 fevral - Gənclər Günü münasibətilə rayon gənclərini təbrik edən Elşən Salahov, Namiq Əhmədov, Soltan Məmmədov, Jalə Əhmədova və Rauf Əliyev onlara gələcək fəaliyyətlərində uğurlar dilədilər.

Tədbirin sonunda istedadlı gənclər konsert proqramı ilə iştirakçılar qarşısında çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti