...

Bu gün Rusiya sülhməramlılarına məxsus 63 avtomobil Laçın yolundan keçib (FOTO)

Cəmiyyət Materials 7 Fevral 2023 18:30 (UTC +04:00)
Bu gün Rusiya sülhməramlılarına məxsus 63 avtomobil Laçın yolundan keçib (FOTO)

Trend-i buradan izləyin

Şuşa. Trend:

Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin Laçın yolundan maneəsiz keçidi davam edib.

Trend-in aksiya ərazisinə ezam olunan müxbiri xəbər verir ki, səhər saatlarından indiyədək RSK-ya məxsus 63 avtomobilin aksiya keçirilən ərazidən maneəsiz keçidi reallaşıb.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti