Bakı. Trend:
Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım etmək istəyənlərin
diqqətinə: Yelo Bank-a məxsus bank kartları ilə Türkiyə Fəlakət və
Fövqəladə Hallar Agentliyinə (AFAD) ianə məqsədli bütün köçürmələr
komissiyasız və vergisiz həyata keçiriləcək. Həmçinin, müştərilər
filiallarda da AFAD-a köçürmələrini komissiyasız həyata keçirə
biləcəklər. Qeyd edək ki, bu qərar həm fiziki, həm də hüquqi
şəxslərin ianələrinə şamil olunur. İanə etmək üçün bu linkə keçid
edə bilərsiniz: https://bit.ly/iane-et
Yelo Bank zəlzələ qurbanlarının ailələrinə və bütün Türkiyə xalqına
başsağlığı verir, yaralılara şəfa diləyir.
Bank xidmətləri, o cümlədən online pul
kocurme haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng
edin və ya Facebook,
Instagram və ya
Whatsapp hesablarımıza
yazın.
Yelo Bank – Parlaq bankçılıq!