...

Azərbaycanda yeni peşələr üzrə yeni təhsil proqramları hazırlana bilər

Cəmiyyət Materials 14 Mart 2023 14:01 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hesab edirik ki, ali təhsil müəssisələri əmək bazarının tələblərindən çıxış edərək yeni peşələr üzrə yeni təhsil proqramlarının hazırlanması təşəbbüsünə malik olmalıdır. Bu, həm elmi araşdırmaların, həm də kadr hazırlığının ölkənin iqtisadi inkişafında rolunu gücləndirməyə imkan verən alətlərdən biri olmalıdır.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Ali təhsil” haqqında qanun layihəsinə münasibət bildirərkən deyib.

B.Əliyev bildirib ki, ən mühüm məsələlərdən biri ali təhsil müəssisəsində elmi tədqiqatların gücləndirilməsi, tələbələrin tədqiqat işlərində iştirakının təmin edilməsi və elmi nəticələrin kommersiyalaşdırılmasıdır.

“Bunun üçün dövlət tərəfindən və özəl şirkətlərlə əməkdaşlıq çərçivəsində iqtisadi inkişafa, ölkənin müdafiə qabiliyyətinin artırılmasına və Azərbaycanın tarixinin və mədəni irsinin araşdırılmasına investisiyaların cəlb edilməsi olduqca vacibdir. Cənab Prezident İlham Əliyevin irəli sürdüyü insan kapitalının formalaşdırılması konsepsiyasının gerçəkləşdirilməsi üçün təhsilə və elmə sərmayələrə artırılmalıdır”, - deyə B.Əliyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti