...

Bu yolda hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət Materials 30 Mart 2023 12:25 (UTC +04:00)
Bu yolda hərəkət məhdudlaşdırılacaq

Bakı. Trend:

2 aprel saat 08:00-dan saat 22:00–dək Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolunda dəmir yolu xətti üzərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Trend bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə istinadən məlumat verir.

Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, qeyd olunan vaxt kəsiyində alternativ yollardan istifadə etmələrini xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti